Məhsullar

Intravex DLPData Loss PreventionIntravex VMVulnerability ManagementIntravex GRCGovernance, Risk & ComplianceIntravex Asset ManagerAsset ManagementIntravex MDMMac Device Management

INTRAVEX

Həllər Mərkəzi Bank tələbləri Platforma Akademiya Əlaqə
AZEN
Demo tələb et
Intravex Asset ManagerAsset Management

Hər endpoint-i və hər dəyişikliyi görün

Intravex Asset Manager hər endpoint üçün daim yenilənən pasport saxlayır: nə quraşdırılıb, kim istifadə edir, nə dəyişib və hansı cihazlar ümumiyyətlə idarə olunmur.

Intravex Asset ManagerHost, CVE və ya fayl axtarCanlı
Endpoint1 284
İdarə olunmayan23
Dəstəyi bitmiş OS17
Dəyişiklik, 24 saat312
OS lifecycle
Dəstəklənir 1 0016 aya bitir 196Dəstəyi bitib 87
Son dəyişikliklər
  • fin-pc-12Yeni lokal admin: tmp_admin3 dəq
  • web-srv-033389 portu açıldı6 dəq
  • hr-lap-07Quraşdırıldı: AnyDesk 8.09 dəq
  • 10.0.4.57Agentsiz yeni cihaz: printer12 dəq

Nümunə məlumatlar. Adlar və rəqəmlər uydurmadır.

30 sandəyişikliklərin izlənmə intervalı
ADActive Directory və LDAP ilə aşkarlama və sinxronizasiya
EOLdəstəyi bitən əməliyyat sistemlərinin qrafiki

İmkanlar

Endpoint pasportu

CPU, RAM, disk, OS, quraşdırılmış proqramlar, şəbəkə interfeysləri, lokal hesablar, məsul şəxs, departament və kritiklik.

Dəyişikliklərin izlənməsi

Yeni proqram, yeni admin hesabı, açılan port: hər dəyişiklik vaxt və host göstərilməklə qeydə alınır.

OS lifecycle

Hansı sistemlərin dəstəyi bitib və ya bitmək üzrədir, planlaşdırma üçün qrafik şəklində.

İcazəli və qadağan proqramlar

İcazə verilən və qadağan olunan proqramlar üçün qaydalar. Qayda pozulduqda xəbərdarlıq yaranır.

İdarə olunmayan cihazların aşkarlanması

Agentlər şəbəkədəki qonşu cihazları görür: agenti olmayan cihazlar ayrıca siyahıda göstərilir.

Attack surface

Dinləyən servislər, açıq portlar və riskli konfiqurasiyalar hər host üzrə bir yerdə.

Necə işləyir

  1. 1

    Qoşulma

    Agent quraşdırılır və ya hostlar AD-dən aşkarlanır.

  2. 2

    Toplama

    Hardware, software, şəbəkə və hesablar haqqında məlumat toplanır.

  3. 3

    İzləmə

    Hər dəyişiklik 30 saniyə ərzində görünür.

  4. 4

    Tədbir

    Dəstəyi bitən, qaydanı pozan və idarə olunmayan cihazlar üzrə tapşırıqlar.

Konsoldan görüntü

Intravex Asset Manager
Konsoldan görüntü, nümunə məlumatlarla.

Texniki göstəricilər

PlatformalarWindows, Linux, macOS
AşkarlamaActive Directory, şəbəkə qonşuları (ARP), SNMP ilə şəbəkə cihazları
KataloqLDAP və Active Directory sinxronizasiyası, məsul şəxs və departament
HesabatlarAsset inventory, Software inventory, Agent health

Tez-tez verilən suallar

Asset Manager-i ayrıca almaq olarmı?

Bəli. O, ayrıca lisenziyalanır və müstəqil işləyir.

Agentsiz inventarizasiya mümkündürmü?

Bəli, əsas məlumatlar SSH və WinRM ilə toplanır. Dəyişiklikləri real vaxtda izləmək üçün agent tövsiyə olunur.

Neçə endpoint dəstəklənir?

Lisenziya endpoint sayına görə verilir. Arxitekturanı mühitinizin ölçüsünə görə demo zamanı birlikdə müəyyən edirik.

Intravex-i öz mühitinizdə sınayın

30 dəqiqəlik demodan sonra pilot layihəni sizin infrastrukturunuzda birlikdə qururuq.